Prezident Qurban Qurbanovu “Şöhrət” ordeni ilə təltif edib

Qurban Osman oğlu Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib.Prezident İlham Əliyev sərəncam imzalayıb.
O, Azərbaycan futbolunun inkişafında xidmətlərinə görə təltif olunub.
Qeyd edək ki, Qurban Osman oğlu Qurbanov 1972-ci ilin bu günündə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub.
Futbolçu karyerası ərzində 4 dəfə Azərbaycan Premyer Liqasının, 1 dəfə Azərbaycan Kubokunun qalibi, 1 dəfə ölkə çempionatının bombardiri olub.
1992 - 2005-ci illər ərzində Azərbaycan milli komandasının heyətində 68 oyun keçirib və 14 qol vurub. Yığmanın bombardiridir. 2017-2018 illər arasında Azərbaycan millisinin baş məşqçisi olub.
2008-ci ildən "Qarabağ" klubunun baş məşqçisidir.
Onun rəhbərliyi dövründə "Qarabağ" 7 dəfə Azərbaycan çempionu, 4 dəfə ölkə kubokunun qalibi olub. Ağdam komandası daha böyük uğurlarına isə avrokuboklarda imza atıb. "Köhlən atlar" 2014/2015 mövsümündən etibarən 6 dəfə Avropa Liqasının, həmçinin, Çempionlar Liqası və Konfrans Liqasının qrup mərhələsinə yüksəlib. 2021/2022 mövsümündə isə klub tarixində ilk dəfə qrup mərhələsini dəf edərək, Konfrans Liqasının pley-offuna vəsiqə qazanıb.



Xəbərlər  Tarix:   13 Apr 2022 / 15:01


« Əvvəlki xəbər (313 / 6085) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR