Martda Azərbaycanda gündəlik xam neft hasilatı 579,4 min barel olub

Bu ilin martında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 696,4 min barel olub.Energetika Nazirliyindən məlumat verilib.
Bildirilir ki, bunun 579,4 min barelini xam neft, 117 min barelini isə kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 25-ci iclasında qəbul edilmiş qərara əsasən, Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin mart ayında daha 7 min barel artırılaraq 675 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 43 min barrel həcmində olması nəzərdə tutulurdu.



Xəbərlər  Tarix:   13 Apr 2022 / 15:05


« Əvvəlki xəbər (300 / 6075) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR