Bakıda bazarda yanğın olub

Bakıda bazarda yanğın olub.Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, inşaat materiallarının satışı bazarının ərazisində ümumi sahəsi 6 m² olan taxta konstruksiyalı gözətçi köşkü, bitişik ümumi sahəsi 6 m² olan digər köşkün dam örtüyünun taxta atmaları 2 m² sahədə, ümumi sahəsi 140 m² olan anbarın dam örtüyünun taxta atmaları 2 m² sahədə və yaxınlıqda ümumi sahəsi 265 m² olan digər anbarın dam örtüyünun taxta atmaları 0,5 m² sahədə yanıb.
Köşkün və anbarların qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



Xəbərlər  Tarix:   13 Apr 2022 / 15:19


« Əvvəlki xəbər (1499 / 7273) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

20 yanvar tədbir
22 Yan 2023 / 21:48