ABŞ dövlət katibi Əbu-Dabinin vəliəhd şahzadəsindən üzr istəyib

ABŞ dövlət katibi Entoni Blinken Əbu-Dabinin vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyandan husilərin hücumlarına kifayət qədər reaksiya vermədiyinə görə üzr istəyib.“Axios” nəşri mənbələrə istinadən xəbər verir.
Mənbələrə görə, Blinken, martın sonunda Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə Mərakeşdə keçirdiyi görüşdə ABŞ-ın husilərin hücumuna çox uzun müddət reaksiya vermədiyini etiraf edib (yanvarda Yəmən üsyançıları Əbu-Dabiyə hücum edib, altı nəfər ölüb - red.) və buna görə üzr istəyib.
Nəşr qeyd edir ki, bu yolla Vaşinqton Ukrayna ilə bağlı vəziyyətdə region ölkələrindən dəstək almağa ümid edir. ABŞ Dövlət Departamentinin nümayəndəsi nəşrə şərhində təfərrüatları açıqlamaqdan imtina edib, lakin məlumatı da inkar etməyib.
Martın əvvəlində BƏƏ, Çin və Hindistan kimi ABŞ və Albaniyanın Ukraynadakı vəziyyətlə bağlı qətnaməsinə səsvermədə bitərəf qalıb.



Xəbərlər  Tarix:   14 Apr 2022 / 10:20


« Əvvəlki xəbər (1514 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR