Polşa XİN sözçüsü: "Rusiyanın hücumuna cavab verməyə hazırıq"

“Polşa Rusiyanın hücumuna cavab verməyə hazırdır”. UNIAN-a istinadən xəbər verir ki, bunu Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukaş Yasin deyib.
Onun sözlərinə görə, həm Polşa, həm də NATO Rusiyanın Alyansa üzv ölkələrə hücumuna cavab verməyə hazırdır:
“Biz buna həmişə hazırıq. Təkcə biz deyil, müttəfiqlərimiz də buna hazırdır. Vaşinqton müqaviləsinin 5-ci maddəsində deyilir ki, NATO-ya üzv istənilən ölkəyə hücum bütövlükdə Alyansa hücumdur. Vladimir Putinin Polşa, Litva, Latviya, Estoniyaya - üzv olarsa hətta Finlandiyaya - qarşı hər hansı təcavüzkar addımı bütövlükdə NATO üçün qırmızı xətdir”.
O əlavə edib ki, Rusiya Prezidentinin yeni “təcavüz aktı” etməsini istəməzdi.
Qeyd edək ki, Rusiyanın Bosniya və Hersoqovinadakı səfiri İqor Kalabuxov martın 20-də NATO-nu hədələmişdi:
“Bizim Polşa, Xorvatiya və Bolqarıstana qarşı planımızın olmadığını haradan bilirsiniz?”



Xəbərlər  Tarix:   14 Apr 2022 / 15:58


« Əvvəlki xəbər (1508 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR