Ukrayna Baş Qərargahı cəbhədəki son vəziyyəti açıqlayıb

“Rusiya Silahlı Qüvələri Ukraynanın yaşayış yerlərindəki infrastrukturlara raket-bomba zərbələri endirməkdə davam edir". Ukraynanın Baş Qərargahı yayıb.
“Belarus Silahlı Qüvvələrinin ayrı-ayrı taqımları Brest və Qomel vilayətlərinin Ukrayna ilə sərhədinin bağlanması ilə bağlı tapşırıqları icra edirlər. Bu ərazilər Ukraynanın Volınsk və Poliske vilayətləri istiqamətində yerləşir.
Siver və Slobodan istiqamətində vəziyyətə dəyişməz olaraq qalır", - rəsmi informasiyada vurğulanılb.
Bildirilib ki, Yujnobuq istiqamətində Rusiya Silahlı Qüvvələri mövqelərini qorumaq üçün istehkam texnikası, ehtiyat silah və hərbi texnika, sursat, yanacaq-sürtkü materialları gətirir: “Donetsk və Tavriya istiqamətində düşmən Popasna və Rubijne yaşayış məntəqələrini ələ keçirməyə cəhd göstərib. Onların cəhdləri uğursuz olub. Silahlı Qüvvələrimiz Donetsk və Luqansk vilayətlərində son sutkada rəqibin 8 hücumunu dəf edib, 4 tankını, 6 zirehli nəqliyyatını, 4 piyadaların döyüş maşınını, eləcə də bir artilleriya sistemini məhv edib”.



Xəbərlər  Tarix:   15 Apr 2022 / 10:42


« Əvvəlki xəbər (1499 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR