WFP: "Ukraynada mühasirədə qalan sakinlər aclıqla üzləşib"

Dünya Ərzaq Proqramı (WFP) Ukraynada Rusiya ordusunun mühasirəsində olan şəhərlərin əhalisini acından ölməkdən xilas etmək üçün oraya getmək imkanı yaratmağa çağırıb.David Besli bildirib ki, müharibə başlayandan indiyədək Ukraynada 1,4 milyon sakinə ərzaq yardımları çatdırılıb:
"Aprelin sonunadək bu rəqəmin 2,3 milyona çatdırılması hədəflənir.
Amma bunun üçün ən təhlükəli bölgələrə, xüsusilə də həftələrdir Rusiya ordusunun mühasirəsində qalan və hələ 100 mindən çox əhalinin qaldığı ehtimal olunan Mariupol şəhərinə gedib çıxmaq vacibdir".
Təşkilat Ukraynada mühasirədə qalan sakinlərin aclıqla üzləşməsindən narahatdır.
Bununla yanaşı, müharibə nəticəsində Ukraynada 7 milyondan çox əhalinin məcburi köçkünə çevrilməsi də ərzaq təchizatını çətinləşdirir. WFP həmin məcburi köçkünlərin 60 faizinə qədəri ərzaq tapa bilməyəcəklərindən narahatdır.



Xəbərlər  Tarix:   16 Apr 2022 / 11:00


« Əvvəlki xəbər (1493 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR