İtaliya klubunun futbolçusu sırğaya görə oynaya bilməyib

İtaliya A Seriyasının XXXIII turunda keçirilmiş "Spetsiya" - "İnter" oyununda maraqlı hadisə baş verib.qarşılaşmanın 60-cı dəqiqəsində "Spetsiya"nın heyətində Rey Manayın yerinə meydana Mbala N Zola daxil olub.
Bir dəqiqə sonra baş hakim oyunçunun qulağında böyük sırğa olduğunu görüb və matça davam etməsi üçün onu çıxarmasını istəyib. N Zola bu səbəbdən bir neçə dəqiqə kənarda qalıb, klub əməkdaşları sırğanı çıxarmağa çalışsa da, bu, alınmayıb.
Baş məşqçi Tiaqo Motta 26 yaşlı hücumçunu 70-ci dəqiqədə Janis Antistlə əvəzləyib.
Qeyd edək ki, qarşılaşma "İnter"in 3:1 hesablı qələbəsi ilə bitib.



Xəbərlər  Tarix:   16 Apr 2022 / 12:35


« Əvvəlki xəbər (1490 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR