Ananın ümid dolu müraciəti"

8 illik azadlıqdan məhrum olma cəzası kəsilmiş Şahkərimov Tərlan Şahkərim oğlunun anası Şahkərimova Sevda Paşa qızı oğlunun ƏHV olunması üçün "Uğur"media İnformasiya Yayın Agentliyinin redaksiyasına müraciət edərək, səsini ölkə rəhbərinə çatdirmagımızı xahiş etdi. "Uğur"media İnformasiya Yayım Agentliyinin xəstə və yaşlı ananın xahişini olduğu kimi yayımlayır.
Hörmətli Prezidentim!
Hörmətli ƏHV komissiyası!
Mənim oğlum böyük günah işlədib cəzalandırıldı. Oğlumun düşünmədən atdığı addımı həm mənim, həm də öz ailəsinin, körpə övladının həyatını qaraltdı.
Tərlanın haqqına girib zülm etdiyi Veysov Elxan Sabir oğlu böyük ürək sahibi olduğu üçün oğlumu bağışladı. Allah da bağışlayandır.
Mən Siz Prezidentimin və siz komissiya üzvlərinin də humanizminə əsla şübhə etmirəm. Bu səbəblə də sizlərdən balam Tərlanın bağışlanmasını xahiş edirəm



Xəbərlər  Tarix:   18 Apr 2022 / 14:29


« Əvvəlki xəbər (1475 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR