Pakistan "Taliban" hökumətini terrorçulara qarşı sərt tədbir görməyə çağırıb

Pakistan hakimiyyəti Əfqanıstandakı “Taliban” hökumətindən ölkə arasında dövlət sərhədində pakistanlı sərhədçilərin təhlükəsizliyini təmin etmək üçün atəşi dayandırmağı tələb edib.TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Son bir neçə gün ərzində Pakistan-Əfqanıstan sərhədiboyu pakistanlı təhlükəsizlik qüvvələri Əfqanıstan ərazisindən hücuma məruz qalır. Təəssüflər olsun ki, qadağan edilmiş terrorçu qruplaşmalar, o cümlədən “Təhrik-e Taliban Pakistan”ın Pakistanın sərhəd məntəqələrinə hücumu nəticəsində bir neçə hərbçimiz həlak olub” , - nazirlik açıqlamasında qeyd edib.
Rəsmi İslamabad Kabildən iki ölkə arasında təhlükəsizliyi təmin etmək üçün Pakistan ərazisinə soxulanlara qarı sərt tədbir görməyi istəyib.



Xəbərlər  Tarix:   18 Apr 2022 / 16:10


« Əvvəlki xəbər (1471 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR