Bu il Azərbaycanda qaçaqmalçılıqla bağlı 55 fakt aşkarlanıb

Bu ilin yanvar-mart ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 55 fakt aşkarlanıb.Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 765 kq 540,334 qr, 7286 ədəd həb müxtəlif növ narkotik vasitələr, 22 kq 399,27 qr psixotrop maddələr və 108 həb, 2048 ədəd kapsul güclü təsir edən maddə çıxarılıb.



Xəbərlər  Tarix:   19 Apr 2022 / 12:32


« Əvvəlki xəbər (194 / 6022) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR