Umayra Tağıyeva: "Oxçuçayda çirklənmə normadan 5-7 dəfə çoxdur"

"Ermənistan Oxçuçayın Azərbaycandan keçən hissəsini çirkləndirməkdə davam edir".Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, 2021-2022-ci illərdə Oxçuçayda 58 monitorinq keçirilib: "Nazirlik tərəfindən Oxçuçay üzərində mütəmadi analizlər aparılıb. Analizlər çayın üç müxtəlif istiqamətindən götürülüb. Su nümunələri üzərindən 150-dən çox, dib çöküntüsü üzərindən isə 180-dən çox nümunə analizlər götürülüb. Həmin nümunələr əsasında fiziki-kimyəvi analizlər aparılıb. Məlum olub ki, çayda çirklənmə normadan 5-7 dəfə çoxdur. Təəssüf ki, çirklənmələr bu gün də davam edir. Çayda ağır metallar və digər çirkləndirici metalların çəkisi hazırda 5,5-7 dəfə çoxdur".



Xəbərlər  Tarix:   19 Apr 2022 / 14:39


« Əvvəlki xəbər (1446 / 7273) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

20 yanvar tədbir
22 Yan 2023 / 21:48