Putin və Paşinyan arasında görüş keçirilir - YENİLƏNİB

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyanın paytaxtı Moskvaya rəsmi səfəri başlayıb.bu barədə “Armenpress” agentliyi məlumat yayıb.
Məlumata görə, hökumət başçısını Baş nazirin müavini Mger Qriqoryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, ədliyyə və təhsil nazirləri Karen Adreasyan və Vaqram Dumanyan, həmçinin parlament sədrinin müavini Akop Arşakyan müşayiət edirlər.
N.Paşinyan bu gün Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Tərəflər Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli bəyanatların icrasını, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə tədbirləri müzakirə edəcək.
Görüşdə Rusiya-Ermənistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının aktual məsələləri ətrafında da fikir mübadiləsi aparılacağı da gözlənilir.
Həmçinin hökumət başçısının Rusiyanın Nijni Novqorod şəhərinə də səfəri planlaşdırılır.
Səfər iki gün davam edəcək.



Xəbərlər  Tarix:   19 Apr 2022 / 16:21


« Əvvəlki xəbər (1464 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR