Zelenskinin ofisi Ukrayna və Rusiya arasında danışıqların aparılıb-aparılmadığına aydınlıq gətirib

“Danışıqlar prosesi çətin gedir. Onların Kiyev və Çerniqov vilayətlərindən çıxmasından sonra aşkar etdiyimiz faktlar, törədilmiş hərbi cinayətlər Rusiya ordusunun Ukraynaya müdaxiləsinin və danışıqlar prosesinin emosional fonunu xeyli dəyişdi. Danışıqlar prosesi çox ləng gedir”.Şərqi Avropa bürosuna müsahibəsində Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.
Onun sözlərinə görə, hazırda əsasən alt-qruplar üzrə hüquqi işlər aparılır: "Çünki müharibənin dayandırılmasını və Ukrayna üçün zəmanətlərin verilməsini nəzərdə tutan və baza rolunu oynaya biləcək İstanbul kommunikesi üzərində də işləmək lazımdır. Hazırda alt-qruplar bu sənədi beynəlxalq hüquq normalarına uyğunlaşdırırlar. Paralel olaraq, Ukraynanın təhlükəsizliyinə zəmanət verəcək və bu siyasi yükün altına girə biləcək potensial təminatçı ölkələrlə danışıqlar aparılır. Bəli, bu 2 proses davam edir. Növbəti, əyani mərhələnin nə vaxt olacağını demək çətindir. Çünki Rusiya özü də hərbi əməliyyatların ikinci mərhələsinə başladıqlarını bəyan edir. Yəqin ki, çox sayda hərbi texnika və hərbçi cəlb olunacağı Donbasdakı toqquşmaların nəticələrinə əsasən növbəti mərhələnin tarixi müəyyənləşəcək".
M.Podolyak hesab edir ki, Türkiyə çox maraqlı bir vasitəçidir: “Bu ölkə hansısa həll yolunun tapılması üçün xeyli səy göstərir. Mən Türkiyəni başa düşürəm, çünki bu ölkə Qara dəniz regionunda təhlükəsizliyin və sabitliyin təmin olmasında maraqlıdır. Bu, ilk növbədə, ticarət baxımından çox vacibdir. Müharibə şəraitində hansı ticarətdən söhbət gedə bilər ki? Regiondakı bütün ölkələr xeyli itkilərə məruz qalırlar. Amma nəzərə almaq lazımdır ki, Rusiya öz avantüralarına başlayarkən heç vaxt qonşu ölkələrin birbaşa və ya dolayı itkiləri barədə düşünmür. Rusiyanı heç vaxt, heç nə narahat etmir. Onlar insanların heç nəyə ehtiyac duymadıqları lagerdə yaşamağa öyrəşiblər. Məsələn, Rusiyanın daxili şəhərlərinə fikir verin. Onların çoxunda nə xidmət, nə də rahatlıq var. Yaşamaq, demək olar ki, mümkün deyil. Buna görə də Qara dəniz regionu ölkələrində əhalinin ciddi itkilərə məruz qalması onları maraqlandırmır”.
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyakın “Report”a müsahibəsi ilə buradan tanış ola bilərsiniz.



Xəbərlər  Tarix:   20 Apr 2022 / 16:49


« Əvvəlki xəbər (1454 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR