Rusiya Müdafiə Nazirliyinin müəssisəsində yanğın olub, 1 nəfər ölüb, 30 nəfər yaralanıb

Rusiyanın Tver şəhərində Müdafiə Nazirliyi Hava-Kosmik qoşunları Elmi-araşdırma mərkəzinin yanması nəticəsində 1 nəfər ölüb, təxminən 30 nəfər yaralanıb. TASS-a istinadən xəbər verir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin Tver vilayəti Baş İdarəsi yayıb.
Bildirilib ki, yaralıların səhhəti dəqiqləşdirilir. Məlumata görə, 1000 kv. metr ərazi yanıb.
Rusiya Müdafiə Nazirliyinin müəssisəsinin elmi əməkdaşları təxliyə edilib.
Hadisənin səbəbi araşdırılır.



Xəbərlər  Tarix:   21 Apr 2022 / 13:50


« Əvvəlki xəbər (1452 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR