Azərbaycan və Vyetnam turist axınını bərpa etməyə hazırlaşır

Azərbaycan və Vyetnam arasında turizm sahəsində əməkdaşlıq üçün böyük potensial var. Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov “Vietnam Economic Times” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu, onların inkişaf etdirməyə çalışdığı istiqamətdir: “COVID-19 pandemiyasından bir müddət əvvəl biz “Qatar Airways” aviaşirkəti ilə əməkdaşlıq edərək Vyetnam turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil etdik. Onlar bunu çox perspektivli hesab etdilər və hətta Azərbaycana qrup turları da açdılar. Təəssüf ki, COVID-19 və səyahət məhdudiyyətləri səbəbindən bu mövzuda əlavə irəliləyiş əldə edilmədi”.
Səfir bildirib ki, ancaq artıq Azərbaycanda və Vyetnamda səyahət məhdudiyyətləri aradan qaldırıldığından, səyahət etmək üçün daha çox imkanlar yaranıb: “Biz Vyetnamdakı turizm şirkətləri ilə işləyirik. Onlara azərbaycanlı tərəfdaşlarla əlaqələr qurmağa kömək edirik. Şirkətlər arasında işgüzar əlaqələr və əməkdaşlıq qurulduqdan sonra hər iki tərəfdən turistlərin sayını artırmaq mümkün olacaq”.
A. İmanov qeyd edib ki, vyetnamlı turistlər yay aylarında Azərbaycana gəlsə, çimərliklərdən və bir çox digər yayda istirahət növlərindən həzz ala biləcəklər: "Qışda gəlsələr, xizək sürə və xizək kurortlarında qala biləcəklər. Azərbaycanın fantastik mətbəxi var. Vyetnamlılar düyünü çox sevirlər və Azərbaycanda plov dediyimiz 50-dən çox müxtəlif düyü yeməkləri var”.
Səfir vurğulayıb ki, Azərbaycan özünün tarixi yerləri və aktiv mədəni həyatı ilə məşhurdur: “Düşünürəm ki, bu, vyetnamlı turistlər üçün maraqlı olacaq. Paytaxt Bakı öz tarixi abidələrini, o cümlədən köhnə şəhərini qoruyub saxlayıb, yeni ərazilər inkişaf etdirib. Şəhərin müasir atmosferindən həzz alaraq onun tarixi memarlığının əhəmiyyətinə toxuna, görə və hiss edə bilərlər”.



Xəbərlər  Tarix:   21 Apr 2022 / 15:16


« Əvvəlki xəbər (236 / 6085) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR