Hikmət Hacıyev: "Növbəti mərhələdə diaspor nümayəndələri qarşısında mühüm çağırışlar var"

"Ermənistan Azərbaycanın beş bənddən ibarət sülh təklifi üzərində ciddi düşünməli və sülh müqaviləsini imzalamalıdır".aprelin 22-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı çərçivəsində “Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi” mövzusunda panel iclasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H.Hacıyev vurğulayıb ki, növbəti mərhələdə diaspor nümayəndələri qarşısında mühüm çağırışlar var.
O vurğulayıb ki, Vətən müharibəsi dövründə Prezident İlham Əliyevin çıxışları informasiya blokadasının qarşısının alınmasında böyük rol oynadı:
“Diasporumuz da bu prosesdə aktiv iştirak etdi. Ancaq bu təbliğat müharibədən sonra da davam edir. Məsələn, bu yaxınlarda Avropa Parlamentinin qəbul etdiyi qətnamədə göstərilir ki, guya işğaldan azad olunmuş ərazilərdə ermənilərə məxsus tarixi-mədəni abidələr dağıdılır. İşğaldan azad olunmuş ərazilərdə məhz Azərbaycan xalqının mədəni-tarixi abidələrinin dağıdılmasını görmürlərmi? Bu gün Qurultay Şuşada Realnı Məktəbin dağıdılmış binasının qarşısında keçirilir”.
Azad edilmiş ərazilərin minalarla çirklənməsindən danışan H.Hacıyev qeyd edib ki, hələ də Birinci Qarabağ müharibəsində itkin düşən 4 minə qədər azərbaycanlının taleyi barədə məlumat verilmir.



Xəbərlər  Tarix:   22 Apr 2022 / 15:40


« Əvvəlki xəbər (175 / 6033) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR