Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyində dəyişiklik olub

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) Himayəçilik Şurasının tərkibində dəyişiklik olub.Şuranın üzvü olan “Kapital Bank” ASC-nin Müşahidə Şurasının sədri Cəlal Qasımovu Bankın İdarə Heyətinin (İH) sədri Rövşən Allahverdiyev əvəz edib.
Şuranın qalan üzvləri əvvəlki qaydada Azərbaycan Mərkəzi Bankının Baş direktoru Toğrul Əliyev (sədr), Əmək və Əhalilinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar şöbəsinin müdiri Azad Tağızadə, İqtisadiyyat Nazirliyinin Makroiqtisadi Proqnozlaşdırma və təhlil şöbəsinin müdiri Yalçın Əzizov, Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin müdiri Ziyəddin Allahverdiyev və "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İH-nin sədri Abbas İbrahimovdur.



Xəbərlər  Tarix:   25 Apr 2022 / 12:14


« Əvvəlki xəbər (1424 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR