Səttar Möhbalıyev: "Məqsədimiz əmək təhlükəsizliyi və layiqli əməkhaqqıdır"

"Azərbaycanda yeni iş yerləri yaradılır. Məqsədimiz işçilərinin əmək təhlükəsizliyi və layiqli əməkhaqqı ilə təmin edilmələridir".Bakıda keçirilən və "Sahibkarlar Günü"nə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda konfransda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Səttar Möhbaliyev deyib.
"Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 75-80%-i özəl sektorun hesabına formalaşır. Özəl sektorun inkişafı həmkarlar təşkilatlarının da inkişafına təkan verir. Əsas tələbimiz layiqli iş yerlərinin yaradılmasıdır. Əmək təhlükəsizliyi və layiqli əməkhaqqı üzrə ölkədə irəliləyiş var. Azərbaycan minimum əməkhaqqının artırılmasına görə MDB ölkələri arasında yuxarı sıralarda dayanır", - o bildirib.



Xəbərlər  Tarix:   25 Apr 2022 / 13:23


« Əvvəlki xəbər (1422 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR