Rusiya XİN: "Türkiyənin təyyarələrimiz üçün hava məkanını bağlamasını anlayışla qarşılayırıq"

“Moskva Ankaranın Türkiyə hava məkanını Suriyaya uçan Rusiya təyyarələri üçün bağlamaq qərarını anlayışla qarşılayıb”.Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə söyləyib.
“Demək istərdim ki, əslində, bir aydan çoxdur ki, Ankara bu marşrutdan istifadə etməmək xahişi ilə Rusiya tərəfinə müraciət edib. Bu müraciətlərin səbəbləri bizə aydın idi və hazırda Rusiya tərəfindən bu marşrutdan istifadə edilmir. Amma hadisə bu günlərdə baş verməyib, bu məsələ təxminən 1 aydır var”, - sözçü vurğulayıb.
Xatırladaq ki, aprelin 23-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi Ankaranın Türkiyə hava məkanını Suriyaya uçan Rusiyanın mülki və hərbi təyyarələri üçün bağladığını açıqlayıb.



Xəbərlər  Tarix:   28 Apr 2022 / 14:35


« Əvvəlki xəbər (1396 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR