Azərbaycanlı sahibkarların Rusiyaya ixrac imkanlarının artırılması müzakirə olunub

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) və Rusiyanın Kiçik və Orta Sahibkarlığın İnkişafı üzrə Federal Korporasiyasının rəhbər vəzifəli nümayəndələri arasında görüş keçirilib.Fonda istinadən xəbər verir.
Məlumata görə, görüşdə hər iki qurumun sahibkarlara göstərdiyi maliyyə dəstəyi tədbirləri, tərəflər arasında əməkdaşlığın istiqamətləri, Azərbaycan və Rusiyada fəaliyyət göstərən kiçik və orta biznes (KOB) subyektlərinin satış bazarlarının genişləndirilməsi imkanları müzakirə edilib.
Federal Korporasiyanın Baş direktorunun müavini Nikita Bantsekin bildirib ki, KOB reyestrinə daxil edilmək üçün tələb olunan meyarlara uyğun olduqları təqdirdə, Azərbaycanın KOB subyektlərinin Korporasiyanın maliyyə və qeyri-maliyyə dəstəyindən yararlanması mümkün ola bilər.
Görüşdə bizneslərə göstərilən xidmətlərin elektronlaşdırılması istiqamətində, eyni zamanda “msp.rf” rəqəmsal platformasının xidmətlərindən istifadə imkanları barədə də fikir mübadiləsi aparılıb.
Qeyd olunan məsələlərin hərtərəfli müzakirəsi onlayn görüşlərin təşkili barədə razılıq əldə edilib.



Xəbərlər  Tarix:   28 Apr 2022 / 14:43


« Əvvəlki xəbər (1393 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR