Azərbaycanın bədii gimnastları Rumıniyada 5 medal qazanıb

Rumıniyanın paytaxtı Buxarestdə bədii gimnastika üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında keçirilən 21-ci "Irina Deleanu Cup” beynəlxalq turnirə yekun vurulub.Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarışda ölkəni təmsil edən Məryəm Əliyeva topla gümüş, lentlə hərəkətlərin icrasına görə isə bürünc medal qazanıb.
Komandanın digər üzvləri Gövhər İbrahimova gürzlərlə və halqa ilə, Nəzrin Salmanlı isə gürzlərlə çıxışına görə 3-cü yerə layiq görülüb.



Xəbərlər  Tarix:   28 Apr 2022 / 14:51


« Əvvəlki xəbər (1390 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR