“Azərsu”: “Bakıda üçüncü magistral su kəmərinin tikintisinə ehtiyac var”

Bakı şəhərinin şərq hissəsində mövcud şəbəkələrin dayanıqlı su təchizatını aparmaq və su şəbəkəsi olmayan ərazilərdə şəbəkələrin yaradılması üçün Bakının şərq hissəsində Ceyranbatandan Qala və Zirə istiqamətində üçüncü magistral kəmərin tikintisinə tələb var. “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyib.
A.Cəbrayıllı qeyd edib ki, Bakının yeni yaşayış massivlərinin ən çox tikildiyi ərazisi şərq hissəsidir.
“Bu ərazidə iki kəmər var. Bunlardan biri 1980-ci illərdə Ceyranbatan-Maştağa kəndi istiqamətində çəkilib. Digəri 2013-cü ildə istismara verilib. Mütləq üçüncü magistal su kəməri çəkilməli və kəmərin üzərində bir neçə yerdə mərkəzi anbarlar tikilməlidir ki, insanların su təminatını aparaq", - qurumun rəsmisi bildirib.
Onun sözlərinə görə, bu kəmər çəkilməsə, bu gün su olmayan ərazilərə istəsək də su verə bilməyəcəyik: "Şəbəkə qursaq belə həmin şəbəkələrə verməyə su tapmayacağıq. Bununla bağlı biz hökumətə təkliflərimizi təqdim etmişik” .



Xəbərlər  Tarix:   28 Apr 2022 / 14:56


« Əvvəlki xəbər (1387 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR