Nuran Abdullayev: "Yaxın gələcəkdə xərçəng xəstəliyinin bir çox növünə qarşı peyvəndlər olacaq"

Yaxın gələcəkdə xərçəng xəstəliyinin bir çox növünə qarşı peyvəndlər tətbiq olunacaq.Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.
Onun sözlərinə görə, dünyada elə ölkələr var ki, orada artıq koronavirusla əlaqəli vəziyyət endemik mərhələyə keçib: "Yoluxmalar müəyyən formada sıfra yaxınlaşıb. Göstəricilərin bu qədər azalması COVID-19 əleyhinə peyvəndlərin qısa zaman ərzində hazırlanması idi. Bu cür texnologiya ilə peyvəndlərin qısa zaman kəsiyində hazırlanması o deməkdir ki, yaxın gələcəkdə də xərçəng xəstəliyinin bir çox növünə qarşı peyvəndlərin tətbiqi olacaq. Misal olaraq, kiminsə ailəsində risk faktoru və ya gendə olan dəyişikliklərə əsasən deyilə bilər ki, 30 yaşda olan birinin 60 yaşına qədər konkret xərçəng növünün adı çəkilərək yoluxma ehtimalı faizlə deyiləcək və xərçəngə qarşı hazırlanacaq vaksindən illik vurulsa, xərçəngə yoluxma riski faiz etibarı ilə çox aşağı düşə biləcək".
"Bu istiqamətdə ciddi elmi-araşdırmalara, tədqiqatlara başlanılıb. Həmin peyvəndlərin hazırlanma texnologiyası bu gün koronavirusa qarşı hazırlanan vaksinlərin hazırlanma texnologiyası ilə eynilik təşkil edir. Bu da tibbdə böyük inqilabi dəyişiklik ola bilər. Bundan başqa, dağınıq skleroz xəstəliyinə qarşı peyvəndlərin hazırlanması istiqamətində ciddi elmi uğurlar var. Bunun yaxın illər ərzində tətbiqinə şübhəm yoxdur" - N.Abdullayev əlavə edib.
Nuran Abdullayevin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.



Xəbərlər  Tarix:   29 Apr 2022 / 15:04


« Əvvəlki xəbər (1381 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR