Mingəçevir Dövlət Universitetində tələbələrlə görüş keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) “Peşəkarla görüş” layihəsi çərçivəsində “Dördüncü Sənaye İnqilabı və rəqəmsal iqtisadiyyat” mövzusuna həsr olunmuş tədbir keçirilib.
MDU-nun rektoru Şahin Bayramov müasir qlobal iqtisadiyyatda Dördüncü Sənaye İnqilabının (4SİM) və rəqəmsallaşmanın rolundan bəhs edərək, dövlət başçısının Fərmanı ilə yaradılan 4SİM-in bu sahədə ölkəmizin mövqeyinin gücləndirilməsində və aparıcı ölkələr arasında yer almasının təmin edilməsində önəmini diqqətə çatdırıb.
4SİM-in icraçı direktoru Tamerlan Tağıyev tədbir iştirakçılarına Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi sahəsində prioritetlər və qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. İcraçı direktor bu sahədə müvafiq infrastrukturun və maliyyə resurslarının mövcudluğunun vacibliyi ilə yanaşı, rəqəmsal bilik və bacarıqların inkişaf etdirilməsinin və müasir tələblərə cavab verən yüksək ixtisaslı kadr hazırlığının zəruriliyini vurğulayıb.
4SİM-in Təhlil və monitorinq şöbəsinin rəhbəri Mehman Hüseynov smart sənayenin qurulması və üstünlükləri barədə tələbələrə məlumat verib.
Sonda iştirakçıların sualları cavablandırılıb.



Xəbərlər  Tarix:   30 Apr 2022 / 12:38


« Əvvəlki xəbər (1374 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR