Nazir: "Kənd təsərrüfatının hər sektorunda rəqəmsallaşmaya ehtiyac var"

Məhdud resurslardan səmərəli istifadə etmək üçün kənd təsərrüfatının hər bir sektorunda rəqəmsallaşmaya ehtiyac var.“Gələcəyə baxış: rəqəmsal kənd təsərrüfatına keçid” adlı konfransda çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov deyib.Onun sözlərinə görə, bu dəyişiklik həm də iqlim dəyişikliyi risklərini azaltmağa və adaptasiyaya imkan verəcək.
"Azərbaycan da öz növbəsində ölkənin kənd təsərrüfatını müasir və rəqəmsal kənd təsərrüfatına çevirmək prosesini keçir. Bizim kənd təsərrüfatı siyasətimiz ədalətli və bərabər prinsiplərə əsaslanır. Bu siyasət FAO-nun 2030-cu il gündəliyindəki hədəflərə uyğundur. Bu səbəbdən bütün xidmətlərə və dövlət dəstəyinə asan çıxış üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlamışıq",- deyə nazir qeyd edib.



Xəbərlər  Tarix:   6 May 2022 / 14:21


« Əvvəlki xəbər (1345 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR