AQTA: Qidaların izlənilməsi onların ilkin mənbəyinin aşkar edilməsinə imkan verəcək

Ötən gün Milli Məclisdə üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilən “Qida təhlükəsizliyi haqqında” Qanun layihəsində də Azərbaycanda qida təhlükəsizliyinə nəzarət sistemində rəqəmsal həllərin və müasir innovasiyaların tətbiqi istiqamətində mühüm yeniliklər öz əksini tapıb. “Gələcəyə baxış: rəqəmsal kənd təsərrüfatına keçid” adlı konfransda çıxış edərkən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli deyib.Onun sözlərinə görə, məhsulların izlənilməsi bu istiqamətdə atılan mütərəqqi addımlardan biridir.
"İzləmə sistemləri və prosedurları tədarük edilən xammaldan hazır məhsulun buraxılışınadək ardıcıllığı müəyyən etməyə, qida biznesi subyektinə qəbul edilən qida və yem məhsullarının birbaşa təchizatçısını, qida biznesi subyekti tərəfindən göndərilən qida və yem məhsullarının birbaşa alıcısını müəyyənləşdirməyə, bu məlumatları mümkün qısa zaman ərzində Agentliyə təqdim etməyə, həmçinin minimum keyfiyyət və təhlükəsizlik göstəricilərində hər hansı uyğunsuzluq aşkarlanan qidaların izlənilməsi yolu ilə onların ilkin mənbəyinin aşkar edilməsinə imkan verəcək. Bundan əlavə, məhsulların izlənməsinə imkan verən sistemlərin mövcudluğu qanunsuz ticarətin və saxtalaşdırılmanın qarşısını almağa, həmçinin ölkələr arasında tədarükün şəffaflığını təmin etməyə köməklik göstərəcək",- deyə Qoşqar Təhməzli qeyd edib.



Xəbərlər  Tarix:   6 May 2022 / 14:25


« Əvvəlki xəbər (1343 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR