Dünyada 1 milyard insan hipertoniyadan əziyyət çəkir

Ümumdünya Səhiyyə Təşkilatının qeyri-infeksion xəstəliklərin vəziyyəti üzrə sonuncu hesabatına görə, dünyada 41 milyon insan məhz qeyri-infeksion xəstəliklərdən vəfat edib.Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktor müavini Rahib Məmmədov qeyri-infeksion xəstəliklərin profilaktikası üzrə Azərbaycanda keçirilən maarifləndirici kampaniya ilə bağlı mətbuat konfransında deyib.O bildirib ki, bu, qeydə alınan bütün ölüm hallarının 71 faizi deməkdir. "Bu xəstəlikləri yaradan əsas səbəblər isə zərərli vərdişlər, tütünçəkmə, spirtli içkilərdən istifadə, qeyri-sağlam qidalanma və fiziki passivlikdir".
Rahib Məmmədov hipertoniya xəstəliyi ilə bağlı də müşahidə olunan vəziyyəti açıqlayıb: "Dünyada 1 milyard insan hipertoniya xəstəliyindən əziyyət çəkir. 2025-ci ildə bu rəqəmin 1,5 milyarda çatması gözlənilir. Təəssüf ki, bu xəstəlik uşaqlar və yeniyetmələr arasında da yüksəlməkdədir".



Xəbərlər  Tarix:   6 May 2022 / 15:30


« Əvvəlki xəbər (77 / 6033) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR