Audiovizual media fəaliyyətinə dair lisenziyalar üçün rüsum müəyyənləşib

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Qanununda dəyişiklik edilməsi barədə” qanunu təsdiqləyib.audiovizual media fəaliyyətinə dair dövlət rüsumları müəyyənləşib.Qanuna əsasən, lisenziyaların dövlət rüsumunun dərəcəsi ümumölkə yerüstü radio yayımçısı üçün 2500 manat, regional yerüstü radio yayımçısı üçün 500 manat, peyk yayımı həyata keçirən platforma yayımçısı üçün 2500 manat, peyk yayımı həyata keçirməyən platforma yayımçısı üçün 1500 manat, sifarişli yayım xidməti provayderi üçün 500 manat, sadə platforma operatoru üçün 1500 manat, universal platforma operatoru üçün 2500 manat, multipleks operatoru üçün 2500 manat olacaq.



Xəbərlər  Tarix:   6 May 2022 / 14:41


« Əvvəlki xəbər (1338 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR