ABŞ Rusiyanı Suriyada Kimyəvi Silahdan Istifadə Etməkdə Günahlandırıb

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild PBS telekanalına müsahibəsində Rusiyanı Suriyada kimyəvi silahdan istifadə etməkdə təqsirləndirib.
Onun sözlərinə görə, Moskva Vaşinqton və Kiyevi saxta bayraq altında kimyəvi silahdan istifadə ehtimalı kontekstində ittiham edib.
“Eyni zamanda, ABŞ hökuməti bilir ki, Rusiya bu tip silahlardan istifadə etməyə qadirdir. Onlar bundan öz xalqlarına qarşı istifadə ediblər, Suriyada istifadə ediblər”, – deyə daimi nümayəndə bildirib.
“Ona görə də biz təhlükəni ciddi qəbul etməliyik və bu, xüsusilə də Təhlükəsizlik Şurasının daimi üzvü üçün ciddi təhlükədir… Biz onlara cavab verəcəyik və onları məsuliyyətə cəlb edəcəyik”, – deyə o əlavə edib.
Diplomat həmçinin bəyan edib ki, Rusiya əvvəllər nüvə silahından istifadə edəcəyi ilə hədələyib.



Xəbərlər  Tarix:   7 May 2022 / 12:20


« Əvvəlki xəbər (1331 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR