Ukraynada Daha Bir Jurnalist Həlak Olub

Ukraynada ölkəsini müdafiə edən daha bir jurnalist, Maksim Medinski dünyasını dəyişib.
Odessa vilayətinin Bolqrad şəhərindən olan gənc 2014-cü ildə xidmət etməsinə baxmayaraq, müharibə başlayandan sonra tərəddüd etmədən yenidən cəbhəyə yollanıb.
“Mən heç vaxt ölməkdən qorxmamışam, ancaq həyatımı axmaq şəkildə itirməkdən qorxmuşam. Ona görə müharibəyə getmək barədə tərəddüd etmədim. Ölkəmdə müharibə gedir, ona görə də mən onu müdafiə etməliyəm”, – deyə Maksim Medinski bildirmişdi.
Qeyd edilir ki, Medinski rütbəcə leytenant olub.
Medinskinin atası hərbi jurnalist olub. Gəncin özü də jurnalistika fakültəsini bitirdikdən sonra informasiya saytlarında işləyib.
Qeyd edək ki, Ukraynada müharibə başlayandan bəri 20-dən çox media nümayəndəsi həlak olub.



Xəbərlər  Tarix:   7 May 2022 / 14:28


« Əvvəlki xəbər (1328 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR