Hikmət Hacıyev: “Şuşa Azaddır Və Ulu Öndər Heydər Əliyevin Ruhu Da Buna Görə Şaddır”

“Şuşa şəhəri azaddır və ulu öndər Heydər Əliyevin ruhu da buna görə şaddır. O, məhz bu günü görmək istəyirdi, bu günü vəsiyyət etmişdi”.jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, bu gün Azərbaycan xalqının üzü gülür.
“Əvvəllər 8 may tarixini ermənilər “Dağlarda toy” adlı əməliyyatının ildönümü kimi qeyd edirdilər. İndi isə onların dırnaqarası kədərlərini də görürük. Bu, işğal olunmuş torpaq idi və işğaldan azad olunmalı idi. Şuşanın azad olunması sevincini bu gün Azərbaycan xalqı qeyd edir. Şuşada mötəbər tədbirlər keçirilir”, – deyə Hikmət Hacıyev əlavə edib.
Qeyd edək ki, “Dağlarda toy” Ermənistanın Şuşanı işğal əməliyyatının adıdır.



Xəbərlər  Tarix:   10 May 2022 / 11:49


« Əvvəlki xəbər (1318 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR