Ekvadorda Həbsxana Qiyamı: 43 Nəfər Öldü

Ekvadorda həbsxanada iğtişaşlar baş verib.
Hadisə ölkənin Santo Dominqo şəhərindəki “Bellavista” həbsxanasında yaşanıb.
Ekvador daxili işlər naziri Patrisio Karrillo mətbuat konfransında insident zamanı 43 məhbusun öldüyünü bildirib.
Onun sözlərinə görə, həlak olanların çoxu odlu silahlarla deyil, bıçaq və kəsici alətlərlə öldürülüb.
Cəsədlərin hələ də təxliyə edilmədiyini vurğulayan Karrillo kameralarda qarşıdurmaların davam etdiyini deyib.



Xəbərlər  Tarix:   10 May 2022 / 12:29


« Əvvəlki xəbər (1312 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR