"Həkim zilləti, xəstə mərhumiyyəti" və ya Cəmilə Xanmuradova "SƏLTƏNƏTİ".

İnsan həyata ümidlə bağlanır. Günahından, bağışlanmaq ümidi, dardan qurtarmaq ümidi, xəstəlikdən qurtarmaq ümidi və.s.
Fəqət nə qədər aci olsa da söyləmək məcburiyyətindəyik ki, Qaradağ rayon Lökbatan qəsəbəsi 19 saylı xəstəxanasının xidmətindən istifadə edən xəstələr çətin ki, xəstəliklərindən xilas ola bilərlər. Onların sağlamlıqlari bir tərəfə, hətta daima xəstə və əlil halda xəstəxananın baş həkimi Cəmilə Xanmuradovanın iş otağının qapısında günlərlə növbədə dayanmaları həyatlari ucun daha təhlukəlidir. Qapısı önündə çarəsiz, ağrılarla qovrulan, xəstə, əlil insanların zarıltısından zövq alan Cəmilə Xanmuradovanın qəbulunda olan hər bir insan onun müqəddəs həkim məsləyinə etdiyi xəyanətin şahididir. Təəssüflə qeyd edirəm ki, biz də Cəmilə həkimin "sonsuz şəfqətindən" nəsibimizi aldıq.
10 yaşlı övladı epilepsiya xəstəliyindən əziyyət çəkən valideyn övladına əlilliyin təyin olunması ilə bağlı dəfələrlə Cəmilə Xanmuradovanın qapısını döyür. C.Xanmuradova hər dəfə müxtəlif səbəblər gətirməklə valideyini başından edir. Nəhayət mətbuata üz tutan valideyinin dərdinə şərik olmaq üçün Cəmilə Xanmuradovanın qəbuluna getməyi qərara aldıq. İş otağının qapısında növbə gözləyən xeyli sayda xəstə,əlil insanlarla birgə növbə gözləyim demişkən, bağırtıdan "koma" halına düşməkdən son anda "xilas"oldum. Ozumə gələr-gəlməz bağırtının haradan gəldiyini araşdırdıqda heyrətə düşdüm.
Süründürməçiliyə salınan xəstə nəhayət Cəmilə həkimə etiraz edərək yüksək səslə danışmaq istəyəkən, Cəmilə xanim ona "öz həddini bildirmək" (nəinki ona, növbədə olan digər xəstələrə) üçün ondan daha bərk bagırmağa başladi. Gördüyüm mənzərə qarşısında söyləyəcək ifadə tapa bilmədiyim üçün Salam Qadirzadənin "Şərəfnisəsini" xatırladım. Düşündüm ki, yazıçı Cəmilənin bağırtısını duysaydı əsərinin adını "Şərəfnisə qışqırır deyil, "Cəmilə bağırır" adlandırırdı.
Növbədə gözləyən xəstələrin giley-güzarı, narazılıqları, gərilən əsəbləri, siddətlənən ağrıları ortamı daha da dözülməz hala gətirdi. Həttə onkoloji xəstəlikdən əziyyət çəkən xəstənin sənədlərinə belə imza cəkməyən baş həkim, hər bir halda özünü haqlı hesab edirdi. Bizim sualımıza isə"o sizin işiniz deyil" deyərək bizədə isimizi öyrətməyi unutmadı. Həkimini "narahat etdiyimiz" üçünsə mühafizəçi bizə yerimizi göstərdi. Axı biz Cəmilənin "səltənətində" "qayda-qanuna tabe olmamışıq".
Cəmilə Xanmuradova özünü dövlət xəstəxanasının baş həkimindən cox, şəxsi əmlakında əyləşib, sədəqə paylayan "xeyriyyəçi"olaraq təsəvvür edir. Hətta ona bu "xeyirxah" əməlində "xəsarət"yetirməsinlər deyə iki mühafizəçi ilə qorunmasını təmin etdirir. Bu halda bir sual yaranır. Cəmilə Xanmuradova, kimdən və nədən qorunursunuz?
Əminik ki, canlarını boğazlarına yığdığı xəstələrdən qorunur. Necə olsa xəstə psixologiyasını yaxşı bilir.
Biz C.Xanmuradovanın "məharətlərindən" xeyli danışa bilərik. Sız oxucularımızı yormaqdan ehtiyyat edirik.
Sonda isə onu söyləyirik ki, Lökbatan əhalisi sağlamlıqlarına çarəni başqa ünvanda axtarsınlar.
Tərifə Maqsudova.



Xəbərlər  Tarix:   13 May 2022 / 14:11


« Əvvəlki xəbər (1302 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR