Türkiyədə terrorçu-kamikadze saxlanılıb

Türkiyənin Şanlıurfa şəhərində "Ebi Enes El Kahtani" kod adlı terrorçu-kamikadze saxlanılıb.İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə NTV telekanalı məlumat yayıb.Şübhəlinin yaşadığı yerdə aparılan axtarış zamanı çoxlu sayda rəqəmsal material ələ keçirilib.
Məlum olub ki, həmin şəxs İŞİD terror təşkilatının Suriyanın Dəməşq əyalətindəki səlahiyyətliləri ilə əlaqə saxlayaraq Türkiyədə terror aktı törətməyi planlaşdırıb.
Tutulan terrorçu ilə birlikdə bu il İŞİD-in Türkiyədə planlaşdırdığı 10-cu kamikadze hücumunun qarşısı alınıb.



Xəbərlər  Tarix:   16 May 2022 / 14:12


« Əvvəlki xəbər (204 / 6209) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

Azərbaycan nefti bahalaşıb
24 İyun 2022 / 10:29