Özbəkistan Qanunvericilik Palatasının sədri Ulu Öndərin məzarını ziyarət edib

Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi nümayəndə heyəti mayın 16-da Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər qoyulub.Sonra Şəhidlər xiyabanına gələn Özbəkistan nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Ziyarət zamanı nümayəndə heyətini Özbəkistan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov və digər rəsmi şəxslər müşayiət ediblər.



Xəbərlər  Tarix:   16 May 2022 / 13:14


« Əvvəlki xəbər (1292 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR