İran Azərbaycana neft-kimya məhsullarının ixracını artıracaq

İran Azərbaycana neft-kimya məhsullarının ixracını artırmaq niyyətindədir.
Bunu İran milli neft-kimya şirkətinin baş direktoru Murtəza Şahmirzaeyi APA-nın Tehran müxbirinə açıqlamasında deyib.“Bizim dost və qonşu Azərbaycanla çox yaxşı münasibətimiz və bir çox tarixi, ictimai və mədəni ortaqlıqlarımız var. Bu mədəni ortaqlıqlara görə İranda istehsal olunan bir çox neft-kimya sənaye məhsulları Azərbaycanda da istifadə üçün yararlı və faydalıdır”, - Murtəza Şahmirzaeyi bildirib.
O qeyd edib ki, İran hazırda qonşu ölkələrə, o cümlədən Azərbaycana müxtəlif növ neft-kimya məhsulları ixrac etməyi planlaşdırır: "İranda neft-kimya məhsullarının əksəriyyəti ixracat məqsədilə istehsal olunur. Ötən il 14.5 milyard dolar dəyərində müxtəlif növ məhsullarımız ixrac olunub. Bu, İran iqtisadiyyatının sabitləşməsində önəmli rol oynayıb”.



Xəbərlər  Tarix:   16 May 2022 / 14:31


« Əvvəlki xəbər (1288 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR