Finlandiya Baş naziri NATO ilə bağlı fikirlərinin təhrif edildiyini bildirib

Finlandiya Baş naziri Sanna Marin onun NATO ilə bağlı fikirlərinin yanlış təqdim edildiyini deyib.bu barədə Sanna Marin "Twitter"də bildirib.“Reuters“ mənim şərhimi yenidən yanlış təqdim edib. Mən NATO-ya üzv kimi, gələcək həll yollarına qapı bağlamıram, lakin Finlandiyanın hazırda üzvlük danışıqlarına diqqət yetirdiyini bəyan etmişəm. Biz "Reuters"dən düzəliş tələb etdik. İtaliya qəzeti ilə müsahibəni də nəzərdən keçirəcəyik və sitat səhvdirsə, düzəliş tələb edəcəyik”, - Finlandiya Baş naziri deyib.
Qeyd edək ki, "Reuters" Finlandiya Baş naziri Sanna Marinin İtaliya qəzeti "Corriere della Sera" müsahibəsinə istinad edərək yazıb ki, Finlandiya gələcəkdə üzv olduğu halda belə, NATO-nun onun ərazisində nüvə silahı yerləşdirməsini və hərbi bazalar qurmasını istəmir: “Hesab edirəm ki, bu mərhələdə sakit qalmaq, Türkiyə və bütün üzv ölkələrlə müzakirələr aparmaq, mövcud ola biləcək suallara cavab vermək və anlaşılmazlıqları düzəltmək vacibdir”.
Marin həmçinin bildirib ki, NATO-nun nüvə silahlarının yerləşdirilməsi və ya Finlandiyada bazaların açılması məsələsi Helsinkinin Qərb hərbi alyansı ilə üzvlük danışıqlarının bir hissəsi deyil.
“Nüvə silahlarının yerləşdirilməsi və ya Finlandiyada NATO bazalarının açılmasında heç bir maraq olduğunu düşünmürəm” , - "Reuters" materialında Baş nazirə istinadən qeyd edib.



Xəbərlər  Tarix:   19 May 2022 / 14:52


« Əvvəlki xəbər (1257 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR