Prokurorluq Şamaxıda mantyorun ölümü barədə məlumat yayıb

Mayın 19-u saat 10 radələrində Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində 1969-cu il təvəllüdlü Cahangir Tanrıverdiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.Şamaxı rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, "Aztelekom" MMC-nin Dağlıq Şirvan Regional Telekommunikasiya Qovşağının Şamaxı şöbəsinin Çuxuryurd məntəqəsində elektrik təmirçisi vəzifəsində işləyən Cahangir Tanrıverdiyev qeyd edilən tarixdə telefon xəttinin çəkilişini həyata keçirən zaman telefon naqilinin yüksək gərginlikli elektrik naqilinə toxunaraq elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Şamaxı rayon prokurorluğunda araşdırma aparılır.



Xəbərlər  Tarix:   20 May 2022 / 12:45


« Əvvəlki xəbər (1250 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR