"Ömrünü ömürlərə bağışlayan qadın"

"Ömrünü ömürlərə bağışlayan qadın"
Müqəddəs kitabımız Qurani-Kərimdə arı və qarışqa barəsində gələn surə və ayələr diqqətimizi bu varlıqların mükəmməl ailə modeli üzərində düşünməyə vadar edir. Saysız düşüncələr içərisində ən çox diqqətimi çəkən onların ailə modelinin başında ANA “nın” dayanması oldu.
Siz əsla düşünməyin ki, biz sizə bu varlıqlar barəsində söhbət açacayıq.
Siz oxucularımızı elə bir qadın, elə bir ana ilə tanış edəcəyik ki, zərif çiyinlərinə aldığı yükün böyüklüyünə, mükəmməlliklə idarə etdiyi "iş ailəsinə" sizlər də heyrət edəcəksiniz.
Aytən xanım Eynalova!
İlk ixtisası ibtidai sinif müəlliməsi olan Aytən xanım həyatının on ilini pedaqoji fəaliyyətə həsr edib. Ana olduqdan sonra övladının səhhəti ilə bağlı yaşadığı sıxıntılar səbəbi ilə Türkiyəyə köçür. Ana olaraq övladının sağlamlığı üçün mümkün olan bütün imkanlarını səfərbər edir. İlk olaraq elmini artırmaq üçün Türkiyənin Qazi Universitetinin biologiya fakültəsinə daxil olur. Təhsili ilə yanaşı gələcək üçün böyük planlar üzərində düşünən ana, vətənə qayıtdıqdan sonra həm öz övladına, həm də AUTİZM xəstəliyindən əziyyət çəkən ailələrin övladlarına kömək etməyi həyat amalı edir. Verdiyi təklif əsasında
Respublika Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Türkiyəyə göbdərdiyi bir qrup mütəxəssis Ankaranın Qazı Universitetində xüsusi təhsil kurslarına cəlb olunurlar.
Eyni vaxtda 2012-ci ildə "Özəl durum uşaq bölməsi" də ilk AUTİZM mərkəzinin əsasını yaradır.
2013-cu ildə isə müstəqil olaraq "Birgə və Sağlam"İçtimai Birliyini yaratmağa müvəffəq olur. Türkiyənin Qazi Universitetində xüsusi təhsil almış mütəxəssis qrupu ilə yola çıxan "Birgə və Sağlam" İctimai Birliyi artıq on ildir fəaliyyət göstərir. Mərkəz tam gücü ilə AUTİZM spektr pozuntusu diaqnozu qoyulmuş xəstələrə və onların ailələrinə dəstək olmaqla yanaşı, maarifçilik missiyasını da yerinə yetirir.
Birliyin on illik səmərəli və uğurlu fəaliyyəti dövlətin diqqətində də yüksək dəyər qazanır. Məhz bu səbəblə Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, H.Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya 2021-ci ilin dekabr ayında birliyi daha geniş və hərtərəfli imkanlarla təmin olunmuş binaya köçürdü.
Mərkəz yalnız Azərbaycanda deyil beynəlxalq aləmdə də nüfuza malikdir. Beş ildən artıqdır ki, SOKAR-Türkiyə və Türkiyədəki Qohum OTUZM Fondunun dəstəyi ilə Amerikanın Nyucersi "Regional Uşaq İnkişaf"modelinin iş təcrübəsini mənimsəyib, həyata kecirir. Bu modelə əsasən dünyada tanınmış ABA-tətbiqi Davranış Analizi Elmi Əsası metodikası ilə AUTİZM xəstəliyindən əziyyət çəkən insanlara təhsil dəstəyi verir. Eləcə də davranış problemlərini aradan qaldıraraq həyat keyfiyyətini yüksəltməyə çalışır.
Mərkəz H.Əliyev Fondu, bp və tərəfdaşları, USAİD, dövlət və özəl qurumların dəstəyi ilə bir çox layihələr həyata keçirilir.
Aytən Eynullayevanın rəhbərlik etdiyi "Sağlam və Birgə" İçtimai Birliyi dünyanın bir sıra universitetləri ilə müqavilə imzalayaraq mütəxəssislər hazırlayır. Eyni zamanda dünyanın bir sıra ölkələrindən gələn peşəkar mütəxəssislərlə birlikidə seminar, konfranslar keçirilir. Birliyin əsas qayəsi 0 yasdan 25 yaşa qədər arasında fiziki imkanları məhdud olan uşaq və gənclərin inküliziv anlayışlarını və cəmiyyətə qazandırmağa nail ola bilməsi və onların xüsusi istedadlarını kəşf edib, inkişaf etdirə bilməsidir.
Bu məqsədlə Aytən xanım Təhsil Naziri Emin Əmrullayevlə keçirdiyi görüşdə xəstəlikdən əziyyət çəkən uşaqların istər uşaq bağçalarında, istər məktəblərdə, istərsə də ali təhsil ocaqlarında inkuliziv təhsildən kənarda qalmamaları yönündə bir sıra addımlar atır. Çünki "Birgə"və Sağlam İctimai Birliyinin məzunu olmuş və hal-hazirda Azərbaycan Dövlət Mədəniyyət Universitetinin 4-cu kursunda təhsil alan Əlisahib Bayramov, 4 illik peşə liseyinin tələbəsi Hüseyn Hüseynov sözün həqiqi mənasında Aytən xanımın və onun kollektivinin "sağ əsəri"dir desək heç də mübaliğə etmərik. Mərkəzin erkən müdaxiləsi sayəsində bir neçə uşaq erkən məzun olmaq imkanları əldə edə bilib.
Bu gün mərkəzdə 0-25 yaş arasında 90 usaq və gənc təhsil alır. Aytən xanım onlar haqqında çox böyük ümid və inamla bəhs edir .
Nə qədər acı olsa da qeyd etməliyik ki, xalqımız 30 ildə iki ağır müharibə yaşadı. Birinci və ikinci Qarabağ döyüşlərində minlərcə oğullarımız şəhid, qazi, veteran oldu. Onların geridə qalan övladları hər bir qeyrətli vətəndaş üçün bir əmanətdir. Aytən xanım yalnız mükəmməl pedaqoq, kamil ana, müdrik qadın deyil, eyni zamanda imanlı və qeyrətli vətən qızıdır. Mərkəzdə təlim alam bir neçə şəhid və qazi övladları Aytən xanımın xüsusi qayğısı sayəsində təmənnasız təlimə cəlb olunublar. Qazi övladı Ayaz Əliyev mərkəzin "üz qabığı" səviyyəsində hər bir tədbirdə irəli çəkilir. Aytən Eynalovanın millətinə, dövlətinə göstərdiyi xidməti sözün həqiqi mənasında ömürdən verilən pay adlandırsaq yeri var.
Yazımızın önündə arı və qarışqalardan bəhs etməyimiz heç də boşuna deyildi.
Aytən xanımın qarışqa kimi zəhmətkeş əməyi, arının balı qədər şəfalı, şirin olması yüzlərcə ailədə şəfqət və sevinc bəxş edir. Onu yaxından tanıdıqca qadın gücünün sonsuzluğuna, ana şəfqətinin hüdudsuzluğuna məhz Aytən xanımın obrazında şahidlik etdim.
Yazımın sonunda Aytən xanıma və onunla bu ağır, şərəfli peşədə bir dam altında toplanan bütün kollektivinə daha böyük nailiyyətlər, uğurla sonlanan hədəflərinin bolluğunu diləyirik.
Unutmaq olmaz ki,sizlər başqa ömürlər gülsün deyə, iz ömrünüzü fəda edənlərdənsiniz.
Tərifə Maqsudova



Xəbərlər  Tarix:   20 May 2022 / 15:06


« Əvvəlki xəbər (1244 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR