Abşeronda Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin Xatirəsinə Həsr Edilmiş Mini Futbol Turniri Keçirilib

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən Müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə yüksələn və ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülən, o cümlədən “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunan Niftəliyev Mehrab Söhrab oğlunun xatirəsinə həsr edilmiş mini futbol turniri keçirilib.
Xırdalan şəhərində baş tutan turniri Abşeron Rayon İcra Hakimiyyətinin humanitar məsələlər üzrə başçının müavini, YAP Abşeron Rayon Təşkilatının sədri, rayon Gənclər və İdman İdarəsinin nümayəndələri, şəhid ailələri və qazilər, futbolsevərlər izləyiblər. Final matçından əvvəl şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub, sonra Dövlət Himni səsləndirilib.
2 yaş qrupu üzrə keçirilən yarışda ümumilikdə 16 komanda iştirak edib.
Mərasimdə çıxış edənlər bildirib ki, 44 günlük Vətən müharibəsi ilə tarixi qələbəyə çevrilən Zəfər salnaməsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Bu möhtəşəm qələbəni, hədsiz sevinci, böyük xoşbəxtliyi Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq.
Daha sonra qalib və mükafatçı komandalara diplom və medallar təqdim edilib.
Sonda tanınmış incəsənət nümayəndələri tərəfindən rəşadətli Azərbaycan Ordusunu və qələbəni tərənnüm edən vətənpərvərlik mahnıları səsləndirilib.



Xəbərlər  Tarix:   21 May 2022 / 11:49


« Əvvəlki xəbər (153 / 6209) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

Azərbaycan nefti bahalaşıb
24 İyun 2022 / 10:29