Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinləri görüşəcək

Rusiya Federasiyası, Ermənistan və Azərbaycanın nəqliyyat kommunikasiyalarının açılması üzrə Üçtərəfli İşçi Qrupu məhsuldardır.Moskva müxbiri xəbər verir ki, bunu RİA Novostiyə müsahibəsində Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan deyib.Onun sözlərinə görə, tərəflər bir sıra məsələlərdə konsensusa gələ biliblər, lakin fikir ayrılıqları da var.
“Ermənistan, Azərbaycan və Rusiya Baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupun fəaliyyəti birmənalı olaraq məhsuldardır. Alt qrupların ekspertləri çox iş görüb. Konsensuslar var, lakin bununla fikir ayrılıqları da var. Hansı ki, görüşlərimiz zamanı həll yollarını tapmağa çalışırıq”, - Qriqoryan vurğulayıb.
Ermənistan Baş nazirinin müavini Üçtərəfli İşçi Qrupunun növbəti görüşünün tarixinin yaxın vaxtlarda razılaşdırılacağına əmin olduğunu bildirib.



Xəbərlər  Tarix:   21 May 2022 / 10:57


« Əvvəlki xəbər (1241 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR