Kanada İcmalar Palatasının nümayəndə heyəti Azərbaycanda səfərdədir

Bu gün Kanada parlamentinin İcmalar Palatasının Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər. nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edərək, üzərinə tər güllər qoyub.Həmçinin “Əbədi məşəl” abidəsi ziyarət olunub.
Daha sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən kanadalı deputatlara Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.



Xəbərlər  Tarix:   23 May 2022 / 12:35


« Əvvəlki xəbər (143 / 6209) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

Azərbaycan nefti bahalaşıb
24 İyun 2022 / 10:29