Azərbaycannın və Estoniyanın parlament sədrləri görüşüb

"Estoniya və Azərbaycan arasında yaxşı və dost münasibətlər var".Azərbaycanda səfərdə olan Estoniya Parlamentinin sədri Yuri Ratas Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşünə dair "Facebook"da paylaşımında bildirib."Bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur və mən çox şadam ki, bizim yaxşı əməkdaşlığımız davam edəcək. Bu gün mən Azərbaycan Milli Məclisində oldum və spiker Sahibə Qafarova ilə görüşdüm, onunla ikitərəfli münasibətlərin möhkəmləndirilməsi barədə danışdıq. İki ölkə arasında təhsil və İKT sahəsində uzunmüddətli əməkdaşlıq ənənəsi var, lakin biz bir daha razılaşdıq ki, iki ölkə arasında əlaqələr təhsil və ali təhsil arasında əməkdaşlıqdan iqtisadi, ekoloji və rəqəmsal əlaqələrə qədər daha da güclənməlidir. Azərbaycan elektron hökumət və identifikasiya sistemlərində Estoniyanın təcrübəsindən nümunə götürüb, lakin məsələn, sosial sahədə Estoniyanın elektron hökumətinin nümunəsindən istifadə etmək potensialı ola bilər. Estoniya, şübhəsiz ki, kənd təsərrüfatı və ətraf mühit sahəsində də əməkdaşlıqda maraqlıdır", parlament sədri qeyd edib.



Xəbərlər  Tarix:   23 May 2022 / 14:13


« Əvvəlki xəbər (1228 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR