Qarabağda radiasiya dozasını məsafədən ölçmək mümkün olacaq

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində radiasiya dozasını məsafədən ölçmək mümkün olacaq, bunun üçün radioekoloji monitorinq qurğusu hazırlanıb. Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) məxsus "Elm və Texnologiya Parkı" MMC-nin direktoru Zahir Nəsibov deyib.
Onun sözlərinə görə, qurğu AMEA-nın Radiasiya Problemləri İnstitutu ilə birgə hazırlanıb: "Cihaz artıq hazırdır, mayın 26-29-da Bakıda keçiriləcək "TEKNOFEST-Azərbaycan" Aerokosmik və Texnologiya Festivalında nümayiş etdiriləcək. Qurğunun əsas məqsədi minalanmış və keçilməz yerlərdə radiasiya dozasının ölçulməsidir. Dron üzərinə quraşdırılmış qurğu radiasiya fonu ilə birlikdə, GPS məlumatlarını 5 km məsafəyə qədər göndərmək imkanına malikdir. Göndərilən məlumatları idarəetmə pultu qeyd edərək emal edir, planşetə yazılmış xüsusi proqram təminatı vasitəsi ilə vizuallaşdırır. Proqramda doza həddinin zamandan asılılığı və hər bir dozaya uyğun olan kooordinantlar qeyd olunur və yaddaşda saxlanılır”.
Z.Nəsibov deyib ki, yeni aparat mütəxəsislərin işlərini asanlaşdıracaq: "Fövqəladə Hallar Nazirliyinin ölkədə radiasiyaya nəzarət edən xüsusi qurumu var, onların da işinə yaraya bilər. Bu, həmçinin, digər qurumların da marağına səbəb ola biləcək bir layihədir. Cihazın hazırlanmasında məqsəd həm də çoxillik əkmələr olan ərazilərdə radiasiyanın ölçülməsidir. Azərbaycanda radiasiyanın yüksək olduğu ərazilər azdır. Məsələn, Avropada orqanik bağ salınarkən müxtəlif analizlər aparırlar. Bunlardan biri radiasiyanın ölçülməsidir. Bu cihaz bu problemin həlli məqsədilə yaradılıb”.
Onun sözlərinə görə, yeni qurğu mayın 18-20-də Bakıda keçirilmiş 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - “Caspian Agro” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - “InterFood Azerbaijan”da da nümayiş etdirilib.



Xəbərlər  Tarix:   23 May 2022 / 17:37


« Əvvəlki xəbər (136 / 6209) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

Azərbaycan nefti bahalaşıb
24 İyun 2022 / 10:29