AQTA: "Bəzi təsərrüfatlarda bitki sağlamlığına cavabdeh şəxslərin olması məcburiləşdiriləcək"

Azərbaycanda bəzi təsərrüfatlarda bitki sağlamlığına cavabdeh şəxslərin olması məcburiləşdiriləcək.Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov deyib.
Onun sözlərinə görə, təsərrüfatlarda bitki sağlamlığına cavabdeh şəxslərin müəyyənləşdirilməsi mütləqdir: "Bu gün belə sistem mövcud deyil. Ona görə də bəzən müəssisələrdə bununla bağlı aqronomlar, mütəxəssislər olmur. Bu da bitki sağlamlığının təmin edilməsində çətinliklər yaradır. Qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq bu sahədə bir neçə tənzimləmə nəzərdə tutulur".
AQTA rəsmisi bildirib ki, bütün təsərrüfatlarda olmasa belə bitki sağlamlığında müəyyən hektardan yuxarı təsərrüfatlarda bitki sağlamlığına cavabdeh şəxslərin olmasının məcburiləşdirilməsi, həmin şəxslərin xüsusi sertifikatlaşdırılma proqramından keçirilməsi nəzərdə tutulur: "Həmin şəxslərdən ixtisas tələb olunacaq və onlar xüsusi təlim proqramlarına cəlb ediləcəklər. Sonra onlar müvafiq dövlət orqanları tərəfindən sertifikatlaşdırmadan keçiriləcək. Bu ideyaların həyata keçirilməsi üçün ictimai müzakirə təşkil ediləcək. Yekunda qeyd edilən məsələlər barədə "Bitki sağlamlığı haqqında" qanun layihəsində müəyyən müddəalar yer alacaq".



Xəbərlər  Tarix:   24 May 2022 / 14:00


« Əvvəlki xəbər (1223 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR