Maliyyə naziri: "Neftin yüksək qiyməti ARDNF-in aktivlərini artırıb"

“2021-ci ildə dünya bazarında neftin qiyməti Azərbaycan dövlət büdcəsində nəzərdə tutulandan yüksək olub. Bu da Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin artmasına şərait yaradıb”.bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deyib.
"Ötən il Azərbaycan iqtisadiyyatı sabit inkişaf etsə də, ölkəmizə xarici mənfi təsirlər də var idi. Söhbət infilyasiyanın artmasından gedir. Bunun da səbəblərindən biri ərzaq məhsullarının qiymətlərinin dünya miqyasında artması olub. Bu gün də ərzaq məhsullarının bahalaşması müşahidə edilir. Dövlət həmin prosesləri nəzərə alaraq müxtəlif subsidiyaların ödənişinə qərar verib”, - deyə nazir qeyd edib.



Xəbərlər  Tarix:   25 May 2022 / 10:55


« Əvvəlki xəbər (1210 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR