BMT: “Ukraynadakı müharibə 70-dən çox ölkədə böhran və defolta səbəb ola bilər”

"Ukraynadakı müharibənin gücləndirdiyi ərzaq, yanacaq və maliyyə böhranları kasıb ölkələrdə iğtişaşlara və 70-dən çox ölkədə defolta səbəb ola bilər".UNIAN-a istinadən xəbər verir ki, bu barədə BMT-nin İnkişaf Proqramının administatoru Ahim Ştayner Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda bildirib.
“Böhranla ayaqlaşmağa çalışırıq, lakin inkişaf etmiş iqtisadiyyatların çoxunun sadəcə pulu qalmayıb”, - o deyib.
Xatırladaq ki, artıq Şri-Lanka kütləvi etirazlar fonunda defolt olduğunu elan edib.
"The Wall Street Journal" yazır ki, Rusiyanın Ukraynadakı limanları bloklaması çatışmazlıqlara və ölkələrdə qiymət artımına səbəb olur. Belə ki, Misir kimi ölkələr artıq tamamilə idxaldan asılıdır.
Nəşrə görə, müharibə enerji daşıyıcılarının da bahalaşmasına səbəb olur. Enerji resurslarının çatışmazlığı gübrənin bahalaşmasına və nəticə etibarilə ərzaq inflyasiyasının sürətlənməsinə səbəb olur.



Xəbərlər  Tarix:   25 May 2022 / 13:25


« Əvvəlki xəbər (1207 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR