Azərbaycanda aktiv əmək müqavilələrinin sayı 1,7 milyona yaxınlaşıb

Bu il mayın 1-nə Azərbaycanda aktiv əmək müqavilələrinin sayı 1 milyon 691 min olub.İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bunu qurumun İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə bildirib.
"2019-cu ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayı 290 minə yaxın artıb. Artımın 80%-i (242 min) məhz islahatın tətbiq olunduğu qeyri-neft özəl sektorun payına düşür", - deyə vergi rəsmisi qeyd edib.



Xəbərlər  Tarix:   26 May 2022 / 12:34


« Əvvəlki xəbər (1197 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR