Türkiyə, Rumıniya və Polşa XİN başçıları arasında görüş olacaq

Mayın 27-də İstanbul şəhərində Türkiyə, Rumıniya və Polşanın xarici işlər nazirləri arasında üçtərəfli görüş keçiriləcək. Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Toplantıda Ukraynadakı proseslər, NATO-nun iyunun 29-30-da İspaniyanın paytaxtı Madrid şəhərində keçiriləcək sammiti, strateji konsepsiya və üçtərəfli prosesin gələcəyi, həmçinin aktual regional məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Bundan başqa, XİN başçıları arasında ikitərəfli görüşlərin gerçəkləşdirilməsi də nəzərdə tutulub.



Xəbərlər  Tarix:   26 May 2022 / 14:22


« Əvvəlki xəbər (1192 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR